Yazar Cəlil Cavanşır "Facebook"da canlı yayımda intihara cəhd edib Yazar Cəlil Cavanşır

Yazar Cəlil Cavanşır
Загрузка...
 Yazar Cəlil Cavanşır "Facebook" sosial şəbəkəsində canlı yayımla çıxış edərək intihar edəcəyini söyləyib. Cəlil Cavanşır bildirib ki, sosial şəbəkədəki dostlarına vida nitqi söyləyir.
Bundan sonra o, sevgi,həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söylədikdən sonra damarlarını kəsdiyini nümayiş etdirib. Yazar sosial şəbəkə istifadəçilərinə ünvanını və harada olduğunu bildirməyib. C.Cavanşir çıxışında qeyd edib ki, indiyə qədər 11 dəfə intihara cəhd edib. (APA)
+++++++
"Hər şey qaydasındadır, çox şükür. Cəlil çox qan itirməyib. Vəziyyəti yaxşıdır". Bu barədə Lent.az-a bir qədər əvvəl canlı yayımda intihara cəhd edən yazar Cəlil Cavanşirin qardaşı Seymur bildirib.
Onun sözlərinə görə, hələlik hadisə yerinə polis əməkdaşları gəlməyib. Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları C. Cavanşirə yardım göstəriblər: "Huşu özündədir. Allaha şükürlər olsun".
Загрузка...
Загрузка...

Xəbər lenti