Şəhid anası Ramil Usubova təşəkkür etdi - Məhşur prokurorun qardaşı pulu qaytardı Şəhid anası Ramil Usubova təşəkkür etdi - Məhşur prokurorun qardaşı pulu qaytardı

Şəhid anası Ramil Usubova təşəkkür etdi - Məhşur prokurorun qardaşı pulu qaytardı
Загрузка...
Daxili işlər naziri Ramil Usubov məhşur prokurorun qardaşının şəhid anasına qarşı hərəkətinə dərhal müsbət reaksiya verib və problemini kökündən həll edib. Bir neçə gün əvvəl 76 yaşlı şəhid anası Sütun Əhmədova Criminal.az saytına müraciət edərək Xətai rayon prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırımzanin ondan qohumunu polisə işə düzəltmək üçün 21 min manat alıb geri qaytarmadığını bildirmişdi. 
S.Əhmədovanın müraciətindən sitat: ''Deyir Ramil Usubova bağlı adamlarıq. Ramil Usubovdan xahiş edirəm pulumun qaytarılmasına gömək etsin. Əgər Ramil Usubov səsimi eşitməsə, prezidentin yanına qalxacam. Mənə dedi ki, sən bilmirsən biz kimi, kimin qohumuyuq?' Yaxın qohumum oğlunu yol polisinə işə düzəlmək istəyirdi. Qohumluq münasibəti olan Rasim İldırımzadə bu məsələni həll etməyi öz üzərinə götürdü. Qohum olduğuna görə inanıb ona işə düzəltmək üçün 21 min manat verdim. Bu il yanvarda pulu Rasimə qohum-əqrabamızın yanında verdim. Rasim də söz verdi ki, narahat olmağa dəyməz, polisin rəhbərliyi ilə yaxın qohumluğu var. Pulu verəndən sonra isə uşağın işə düzəlməsi alınmadı. Rasimdən pulu geri istəyəndə isə hər dəfə bir söz deyirdi. Gah dedi ki, pulu prokuror qardaşı Yusifə verib. Başqa bir danışığında isə dedi ki, bank müdiri olan qardaşı Yunis İldırımzadə pulu sayır, get götür. Amma 7 aydır nə pul geri qaytarılır, nə də uşağın işi düzəlir. Son dəfə isə telefon danışığında mənə dedi ki, sən bilmirsən biz kimik, kimin qohumuyuq?''.  
Rasim İldırımzadə
Rasim İldırımzadə isə Criminal.az saytına açıqlamasında bildirmişdi ki, Sütun xanımla qohumluğu var və baş verənlər anlaşılmazlıqdır: ''Yəqin pulu kiməsə verib və ya biz kimdənsə xahiş etmişik. O qadın atamın canı yalan danışır. O qadınla təmasda olmamışam. Onun həyat yoldaşının biz tərəfdə Zaur adlı qohumu var. Onlar zəng etmişdilər.''.
Şəhid anasının şikayəti Criminal.az saytında dərc ediləndən bir neçə saat sonra S.Əhmədova DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Orada işi araşdıran müstəntiq tərəfindən izahatı alınıb və bildirilib ki, məsələni R.Usubov nəzarətinə götürüb. Bundan başqa, şikayətçiyə deyilib ki, nazir R.İldırımzadənin tapılaraq gətirilməsini tapşırıb və ona pulun qaytarılması üçün iki gün vaxt verib.  
Prokuror Yusif İldırımzadə
Dünən S.Əhmədova saytımıza zəng edərək bildirdi ki, R.İldırımzadə ilə problemi həll edildi: ''Dünən təkrar Bandotdelə çağırıldıq və işi araşdıran müstəntiq 21 min manat pul geri qaytardı. Ramil Usubova öz təşəkkürümü bildirirəm. Şəhid anasının müraciətinə həssas yanaşdığına görə minnətdaram''.
Məlumat üçün bildirək ki, R.İldırımzadə Bakının Xətai rayonunun prokuroru Yusif İldırımzadənin qardaşıdır. Y.İldırımzadə daxili işlər naziri Ramil Usubovla qudadır. Digər qardaşı Yunis İldırımzadə ''Əmrahbank''ın rəhbəridir. Prokuror Yusif İldırımzadə R.İldırımzadə özü isə polis polkovnikidir. Əvvəllər Daxili İşlər Nazirliyi Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini olub.
Bir neçə il əvvəl isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev onunla bağlı gizli çəkilmiş video paylaşmışdı. Sabiq rektor görüntülərdə R.İldırımzadə ilə aralarında olan söhbəti yaymaqla yanaşı mətbuatda müraciət yaymışdı ki, R.İldırımzadə MTN zabiti Mahir Abdullayevin oğurlanmasının arxasında prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun dayandığını bildirib. Lakin R.İldırımzadə mətbuata açıqlama verərək həmin videonun montaj olduğunu demişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər