Qusarda toyda qətl törədilib

Qusarda toyda qətl törədilib
Загрузка...
Qusar rayonunda qətl hadisəsi baş verib.
Criminal.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gədəzeyxur kəndində qeydə alınıb. Kənddə keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəbəyov Səlim Balabəy oğlu şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb. İ.Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti