Naxçıvanda FACİƏ: Ordumuzun maşını aşdı, şəhidlərimiz var - ƏLAVƏ OLUNUB Naxçıvanda FACİƏ: Ordumuzun maşını aşdı, şəhidlərimiz var - ƏLAVƏ OLUNUB

Naxçıvanda FACİƏ: Ordumuzun maşını aşdı, şəhidlərimiz var - ƏLAVƏ OLUNUB
Загрузка...
Azərbaycan hərbiçilərini daşıyan maşın qəzaya uğrayıb. Criminal.az saytının məlumatına görə, qəza zamanı 3 hərbiçi həlak olub. 
Dəhşətli qəza Naxçıvan Muxtar respublikasında baş verib. İçərisində 12 hərbiçi olan maşın aşıb. Qəza zamanı 3 nəfərin həlak olduğu bildirilir. Onlardan biri əslən Tovuz rayonundan olan 28 yaşlı baş leytenant Hümbətov Orxan Bayram oğludur. 
Onun cənazəsi bu gün Tovuz rayonunun Qaraxanlı kəndinə gətirilib. Bu dəqiqələrdə O.Hümbətov dəfn edilir. 
Məsələ ilə bağlı Tovuz rayon İcra Hakimiyyətinin Qaraxanlı kəndi üzrə icra nümayəndəsi İsrail İsmayılov bildirdi ki, O.Hümbətovun dəqiq hansı şəraitdə həlak olmasından xəbərsizdir. 
Hadisə ilə bağlı nə Azərbaycan Müdafiə Nazirliyindən, nə də Naxçıvan Müdafiə Nazirliyindən məlumat öyrənmək mümkün olmadı. Hərbi Prokurorluq da hadisə barədə açıqlama vermir.

+++++++++
Naxçıvanda hərbi maşının aşması nəticəsində həlak olan daha bir hərbiçimizin adı məlum oldu. Bu barədə millət vəkili Adil Əliyev ''facebook'' profilində şəhid əsgərin fotosunu paylaşaraq status yazıb: ''5 iyun Şərur rayonunun Günnüt kəndi istiqamətində Şərur Rayon Maxta kəndindən olan igid, vətən oğlu Həsənli Novruz Nəbi oğlu şəhid olub. Novruz Günnüt kəndinin azad olunmasında, fəallıq göstərib. Allah rəhmət eləsin. Ruhu şad olsun. Doğmalarına Allah səbr versin''. 
++++++
Hərbçilərdən birinin yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, hadisə iyulun 5-də baş verib. Kəşfiyyatçı zabitləri avtomobil qəzasında həlak olublar. Onların Şərur rayonunun Maxta kənd sakini Həsənov Novruz Nəbi oğlu, Şərur rayonunun Şəhidmirməmməd sakini, MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) Seyidov Ramal Mirsalam oğlu və Tovuz rayon, Qaraxanlı kənd sakini Orxan Hümbətov olduğu bildirilir.
Novruz Həsənli


Загрузка...
Загрузка...

Xəbər lenti