İş adamının 303 minlik dələduzluğu: 9 il həbs cəzası

İş adamının 303 minlik dələduzluğu: 9 il həbs cəzası
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Əhməd Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Ə.Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Quliyev özünü iş adamı kimi təqdim edərək Sumqayıt şəhər sakini Məhbubə Hüseynovanın etibarında sui-istifadə edərək onun 303 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, obyekt tikib çıxarış alacağı adı ilə həmin qadını aldadıb. Zərərçəkənin şikayəti əsasında Ə.Quliyev saxlanılıb.
Ə.Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, lakin barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Daha sonra Ə.Quliyev istintaqdan yayınıb və məhkəmə onun barəsində axtarış elan edilib, həbs olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti