İlham Əliyev keçmiş baytarı nazir müavini təyin etdi

İlham Əliyev keçmiş baytarı nazir müavini təyin etdi
Загрузка...
Prezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə yeni müavin təyin edilib. APA-nın məlumatına görə, Nazim Məmmədov fövqəladə hallar nazirin müavini təyin edilib.
Qeyd edək ki, Nazim Məmmədov buna qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb. 

Criminal.az xatırladır ki, Nazim Məmmədov Ordubad rayonunda anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb. Karyerasındakı yüksəliş isə 1995-ci ildən - Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb.
O, 1994-ci ildə, 44 yaşı olarkən tələbə adını qazanıb. Təfəkkür Universitetinin hüquq fakültəsinin ikinci kursunda oxuyarkən, 1995-ci ildə DGK-nə işə düzəlib. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinatadək fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 7 müavini olub: Rəfail Xalid oğlu Mirzəyev, Faiq Cavad oğlu Tağızadə, Etibar Böyükbəy oğlu Mirzəyev, Ragim Əhəd oğlu Lətifov, Orucəli Məmməd oğlu Hacıyev, Teymur Ramiz oğlu Mehdiyev, Tapdıq Əhliman oğlu Əmiraslanov .
Загрузка...
Загрузка...

Xəbər lenti