“Rövşən Lənkəranski”nin qardaşı “Lotu Quli”yə görə 5 milyon dollar verirmiş... - YENİ TƏFƏRRÜATLAR

“Rövşən Lənkəranski”nin qardaşı “Lotu Quli”yə görə 5 milyon dollar verirmiş... - YENİ TƏFƏRRÜATLAR

İstanbulun xüsusi təyinatlı polisinin noyabrın 2-də Bakırköydəki “Ömür” Ticarət Mərkəzində keçirdiyi əməliyyatın yeni təfərrüatları ortaya çıxıb. 

Virtualaz.org xəbər verir ki, polis qaynaqlarının Türkiyənin “Hürriyet” qəzetinə sızdırdığı məlumata görə “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev Bakıdan apardığı daha üç nəfərlə birlikdə “Şirinlər qruplaşması”nın lideri, “Max” ləqəbli Mehmet Sabri Şirinlə “Lotu Quli”nin öldürülməsi planını müzakirə edirmiş. Bildirilir ki, Namiq Canıyev “Lotu Quli”nin öldürülməsi üçün “Max”a rekord məbləğ-5 milyon dollar təklif edib. Tərəflər sövdələşmənin detallarını müzakirə etmək üçün ticarət mərkəzindəki restoranda görüşüblər.

Xatırladaq ki, əməliyyatda Mehmet Sabri Şirin də daxil olmaqla cəmi 13 nəfər, o cümlədən Namiq Canıyev, “Lənkəranski”nin qruplaşmasının killeri “Hacı Beyləqanski” və digərləri tutulub.

İstanbul polisindəki qaynaqlar bildiriblər ki, saxlanılanlardan 9 müxtəlif tipli tapança və onlara aid patronlar tutulub. 

Bu arada virtualaz.org-a İstanbuldakı qaynaqlardan məlum  olub ki, Namiq Canıyevin Bakıdan “nüfuzlu şəxslərin müdaxiləsi” ilə sərbəst buraxıldığı,  guya Azərbaycana qayıtdığı haqda yayılan xəbərlər doğru deyil. İstanbul məhkəməsi onun barəsində 4 ayqlı həbs qətimkan tədbiri seçib və Namiq Canıyev hazırda həbsdədir.




Loading...

Loading...