Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı

Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verib. O, 3 saata yaxın dindirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib. E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.




Loading...

Loading...

Oxşar xəbərlər